Video: "Qarabağ"ın "Milli Mətbuat 150" futbol turniri: Şəhidlər anıldı, himnimiz səsləndi

Futbol, Video, Foto
483
17 İyul 2025 - 22:00
Supersport.Az "Qarabağ" klubunun təşkilatçılığı ilə idman jurnalistləri arasında “Milli Mətbuat 150” minifutbol turnirinin açılışı keçirilib.
Tədbiri açan tanınmış jurnalist Sənan Şəfizadə, Azərbaycan Milli Mətbuatının banisi Həsənbəy Zərdabidən danışıb.
Tofiq Bəhramov adına stadionun məşq meydançasında 6 komanda mübarizəyə başlayan zaman Şəhidlər xatırlanıb, himnimiz səslənib.
"Qarabağ"ın baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel idman jurnalistlərini fəaliyyətini yüksək qiymətləndirib, meydanda da uğurlar arzulayıb. Klubun İdarə Heyətinin digər üzvü Asif Əsgərov, məsləhətçi Murat Karaman da tədbirdə iştirak edib.




