"Qarabağ" məşhur klubdan təcrübəli futbolçu gətirdi

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" Sami Mmaeni ölkəmizə gətirib. Ağdam klubu Zaqreb "Dinamo"suna müdafiəçi üçün 400 min avro ödəyəcək. Oyunçunun transferi tezliklə açıqlanacaq.
Mərkəz müdafiəçisi "Dinamo"ya kimi Belçikada "Standard Lyej", "Sint-Truydin" və "Ferenrsvaroş"da (Macarıstan) forma geyib.
Belçika U-19, U-21 yığma komandalarında çıxış edən Semi Mmae, sonradan Mərakeşin əsas millisini seçib.
28 yaşlı stoperin "Dinamo Zaqreb"lə müqaviləsi 2028-ci ildə bitəcək.
2023-cü ildə qiyməti 2 milyon 500 min avro olan futbolçunun indiki dəyəri 400 min avrodur.
Samy Mmaee "Standard"la Belçika Kubokunu, "Ferentsvaroş"la dördqat Macarıstan çempionluğunu, bir dəfə kubokunu qazanıb. Futbolçu Avropa Liqası, Konfrans Liqasında, "Dinamo Zaqreb"lə Çempionlar Liqasının liqa mərhələsində iştirak edib.