"Şaxtyor" 15-ci dəfə Ukrayna Kubokuna sahib çıxdı - Video

Futbol, Eksklüziv, Video, Foto
841
15 May 2025 - 01:21
Ukraynanın bir hissəsi Rusiya tərəfindən işğal olunsa da, bu ölkə mübarizəni davam etdirir. Ukraynalılar nə qədər çətin olsa da, həm döyüş, həm də yarış meydanında vuruşurlar.
Bu gün Jitomir şəhərində Ukrayna Kubokunun finalında Donetsk "Şaxtyor"u Kiyev "Dinamo"suyla qarşılaşdı. Oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşmədiyindən (1:1) penaltilər seriyasından istifadə olundu. "Şaxtyor" 6:5 hesablı qələbəylə 15-ci dəfə Ukrayna Kubokunu qazandı. Bununla Donetsk klubu Avropa Liqasına vəsiqə əldə etdi. "Şaxtyor" Ukraynada ölkə kubokunu ən çox (15 dəfə) qazanan klubdur. Kiyev "Dinamo"su 13 dəfə kuboka sahib çıxıb.
Vüsal Şirəliyev


