"Qarabağ" 129 yaşlı "Udineze"ylə strateji əməkdaşlığa başladı

"Qarabağ" 129 yaşlı "Udineze"ylə strateji əməkdaşlığa başladı
Futbol, Video
350
14 May 2025 - 16:29

Supersport.Az-ın məlumatına görə, “Qarabağ” Futbol Klubunun İtaliyanın köklü klublarından “Udineze” ilə mövcud olan münasibətləri strateji tərəfdaşlığa çevrilir. Tərəflər arasında bir müddətdir aparılan danışıqlara əsasən müxtəlif istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi planlaşdırılır. Əməkdaşlığın ilkin mərhələsi kimi, əsas diqqət akademiyalar arasında bilik və təcrübə mübadiləsinə yönəlib.

 

Razılaşmaya əsasən, “Qarabağ” FK Akademiyasının futbolçuları dövri olaraq 129 yaşlı “Udineze” klubunda təlim-məşq toplanışlarında iştirak edəcəklər ki, bu da onların beynəlxalq səviyyədə inkişafına ciddi töhfə verəcək. Bu addım gənc futbolçularımızın Avropa təcrübəsinə yiyələnməsi, texniki və taktiki inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Bu mühüm əməkdaşlığın qurulmasında Ağdam klubunub prezidenti Tahir Gözelin şəxsi təşəbbüsü və yanaşmaları xüsusi rol oynayıb. Onun “Udineze” Futbol Klubuna sahiblik edən Pozzo ailəsi ilə dostluq münasibətləri bu strateji tərəfdaşlığın təməlini qoyub. Tahir Gözəlin klubumuzun gələcəyi ilə bağlı planları, gənclərin inkişafına verdiyi önəm və “Qarabağ” FK-nın beynəlxalq imicini gücləndirmək istiqamətində atdığı addımlar bu əməkdaşlığı mümkün edib.

 

Əməli əməkdaşlığa əsas liqalarda olduğu kimi aşağı yaş qrupları üzrə liqalarda da yay fasiləsinin başlaması ilə əlaqədar yeni mövsümün əvvəlindən start veriləcək və Azərbaycan klubunun akademiyasının üzvləri İtaliyaya yollanacaq. İki klub arasındakı əlaqələr yalnız akademiya səviyyəsində məhdudlaşmayacaq. Gələcək mərhələdə məşqçilərin və klub funksionerlərinin qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif departamentlər üzrə təcrübə paylaşımı və birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.


Qeyd edək ki, “Udineze” COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşəbbüsü ilə ötən ilin noyabrında Bakıda təsis olunan alyansın yaradılması ilə bağlı bəyannaməni imzalayan klublardan biridir.



Digər xəbərlər