12 qat çempion "Qarabağ" mükafatlandırılacaq

Futbol
368
13 May 2025 - 21:21
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi "Qarabağ" mükafatlandırılacaq.
Tədbir 18 may tarixində Suraxanıda yerləşən "Azersun Arena"da keçiriləcək.
XXXV tur çərçivəsində, saat 19:00-da start veriləcək "Kəpəz"lə oyundan sonra stadionda təltifetmə mərasimi baş tutacaq.
"Qarabağ"a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.