Braziliyanın futbol yığmasında ilk əcnəbi baş məşqçi: Karlo Ançelotti

Braziliyanın futbol yığmasında ilk əcnəbi baş məşqçi: Karlo Ançelotti
Futbol
367
13 May 2025 - 07:07

Supersport.Az-ın məlumatına görə, Braziliya Futbol Federasiyası milli komandanın yeni baş məşqçisinin adını açıqlaylb.


"Real Madrid"in italiyalı keçmiş çalışdırıcısı Karlo Ançelotti ölkənin yığmasına təyin olunub.


#Ancelotti, Braziliya milli komandasına gətirilən ilk əcnəbi məşqçi olub. Karloyla 1 illik müqavilə imzalanıb, o, mayın 26-da yeni işinə başlayacaq.


Məşqçilik karyerasına "Reggiana"da başlayan Ançelotti daha sonra "Parma", "Yuventus", "Milan", "Çelsi", PSJ, "Everton", "Bayern", "Napoli" və "Real Madrid" klublarının baş məşqçisi olub. 65 yaşlı mütəxəssis karyerası ərzində 5 dəfə Çempionlar Liqasının, 4 dəfə FIFA Klublararası Dünya Çempionatının və bir çox ölkələrin kuboklarının qalibi olub.


Karlo Ançelotti "Real Madrid"i Çempionlar Liqasının üçqat, UEFA Superkubokunun, iki dəfə FİFA Klublararası Dünya Çempionatının, La Liqa, İspaniya Kral Kuboku və İspaniya Superkubokunun qalibi edib.


Ançelotti məşqçilik karyerasında ümumilikdə 1365 matçın 825-də qələbə qazanıb, 284 heç-heçə edib, 256 oyunda məğlubiyyətlə barışıb.

Digər xəbərlər