"Neftçi" 28 milyon manatı havayı xərclədi

Futbol
362
12 May 2025 - 21:41
Supersport.Az xəbər verir ki, “Neftçi” klubu 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
Supersport.Az xəbər verir ki, ötən il klubun büdcəsi 28 milyon 250 min 286 manat təşkil edib.
“Ağ-qaralar” bu məbləğin 20 263 958 manatını maaş və mükafatların ödənməsinə sərf edib. Sair xərclər isə 6 394 408 manat olub.
Klubun ümumi xərcləri 28 195 102 manat təşkil edib. Mənfəət isə cəmi 55 184 manat olub.
Qeyd edək ki, "Neftçi" ötən mövsüm olduğu kimi bu sezon da ölkədaxili yarışlarda uğursuz çıxış edərək, Avropa turnirinə vəsiqə qazana bilməyib.

