"Qarabağ"ın 34 milyon manat büdcəsi

Futbol
333
12 May 2025 - 21:43
Supersport.Az xəbər verir ki, "Qarabağ" Futbol Klubunun 2024-cü il üçün ümumi gəlirləri məlum olub.
Ötən il üçün Ağdam təmsilçisinin ümumi büdcəsi 34 milyon 753.8 min manat təşkil edib.
Nümayiş hüququndan daxilolmalar 28 milyon 154.8 min manat, sponsor daxilolmaları – reklam gəlirləri 466.1 min manat, bilet satışından gəlirlər 1 milyon 741.9 min manat, sair gəlirlər 831 min manat, Futbol İnkişafı Fondundan daxilolmalar isə 3 milyon 560 min manat təşkil edib.
Ötən il əmək haqqı və mükafat xərcləri isə 20 milyon 648,3 min manat olub.
"Qarabağ" 2024-cü ili 876,9 min manat zərərlə başa vurub.