"Bazel"in 21-ci çempionluğu - Fotolar

"Bazel" İsveçrədə 21-ci çempionluğuna qovuşdu. Bu komanda əksər oyunlarda rəqiblərinə 5 qol vuraraq qalib gəldi, erkən çempion oldu.
35-ci turda uzaq səfərdə "Luqano"nu 5-2 hesabı ilə məğlub etdikdən sonra, sona 3 tur qalmış, son çempionluğundan 7 il sonra, 67 xalla "Bazel" 21-ci çempionluğunu rəsmiləşdirdi, İsveçrə Kubokunda isə finaldadır. "Bazel"dən 11 xal geri qalan Cenevrənin "Servett" klubu 56 xalla ikinci, 3-cü pillədə isə 54 xalla paytaxt klubu "Yanq Boyz qərarlaşıb.
131 yaşlı Basel klubunun bu mövsüm statistikası belədir: 35 oyun, 20 qələbə, 7 heç-heçə, 8 məğlubiyyət. Komanda ümumilikdə 82 qol vurub, 35-ni buraxıb.
Bombardirlər siyahısına isə komandaya avqust ayında qoşulan Cerdan Şakiri başçılıq edir. O, 18 dəfə rəqib qapılarına yol tapa bilib. Assist siyahısına da 20 qol ötürməsi ilə başçılıq edir.
Nəzərinizə çatdırım ki, bu mövsüm Bazel klubunun qələbələrinin çoxu böyük hesablı olub. Maraqlısı odur ki, keçən mövsüm işləri yolunda getməyən komanda aşağı liqaya yuvarlanmamaq üçün mübarizə aparırdı və çox çətinliklə 49 xal toplayaraq 8-ci yeri tutub əsas liqada qala bilmişdi. İsveçrə Kubokunda isə 1/4 final mərhələsində mübarizəni dayandırmışdı.
Çempionlar Liqasına gəldikdə isə klub 7 ildir bu həyəcanı yaşaya bilmir. Ən son 2017–18 mövsümündə "Bazel" qrup mərhələsini keçib və 1/8 finala qədər irəliləmişdi, lakin orada "Mançester Siti"yə uduzaraq turniri tərk etmişdi.
Vüsal Şirəliyev









