Bakıda əfsanəvi futbolçuların mübarizəsi olacaq

Bakıda əfsanəvi futbolçuların mübarizəsi olacaq
Futbol, Foto
316
12 May 2025 - 20:48

Supersport.Az xəbər verir ki, Bakıda minifutbol üzrə “Legend Cup” oyunu keçiriləcək. 


Paytaxtımızda təşkil olunacaq minifutbol üzrə dünya çempionatına həsr olunan qarşılaşmada ölkə futbolunun əfsanələri üz-üzə gələcək. 


Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək matç “Neftçi 2000-lər” və “Premyerliqa məşqçiləri” arasında oynanılacaq.


“Legends Cup” may ayının 19-da Milli Gimnastika Arenasında keçiriləcək. Qarşılaşma saat 20:00 da başlanacaq. Giriş pulsuzdur. 



Digər xəbərlər