"Barselona" "Real Madrid"i məğlub etdi

Futbol
323
11 May 2025 - 20:23
Supersport.Az xəbər verir ki, bu gün dünyanın diqqət mərkəzində olacaq futbol matçı keçirilib.
İspaniya La Liqasının 35-ci turunda "Barselona" - "Real Madrid" qarşılaşması oynanılıb. Barselona klubu əvvəlcə hesabda 0:2 geri düşsə də, sonra 4 qol vuraraq qələbə qazanıb.
18:15 "Barselona" - "Real Madrid" 4:3
Qollar: Erik Qarsiya 19, Lamin Yamal 32, Rafinya 34, 45 - Kilian Mbappe 5-pen., 14, 70
"Barselona" klubu 35 oyundan 82 xalla birinci, "Real Madrid" komandası 75 xalla ikincidir. "Atletiko Madrid" 35 matçdan 70 xalla üçüncüdür.


