"Qarabağ" dünya reytinqində irəlilədi

Futbol
305
11 May 2025 - 16:51
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) aprel ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.
Supersport.Az xəbər verir ki, 501 klubun yer aldığı siyahıda Azərbaycanın dörd klubu - “Qarabağ”, “Zirə” və “Sabah”, “Araz-Naxçıvan" yer alıb.
Ağdam təmsilçisi 143,5 xalla 124-cü yerdən 114-cü yerə yüksəlib.
“Zirə” 220-ci yerdən 233-cü yerə (94,5) düşüb.
“Sabah” 393-cü yerdən 367-ci yerə qalxıb. “Araz-Naxçıvan” 492-ci yerdən 454-cü yerə irəliləyib (58,75).
“Real Madrid” 490 xalla reytinqdə birincidir. "Barselona" 434 xalla ikincidir. Çempionlar Liqasının finalına vəsiqə qazanan "İnter" 390 xalla iki pillə irəliləyərək üçüncü yerə yüksəlib.