Azərbaycanda ən bahalı futbolçu: "Qarabağ"lı Kadi Borges

Azərbaycanda ən bahalı futbolçu: "Qarabağ"lı Kadi Borges
Futbol, Eksklüziv
486
08 May 2025 - 21:39

Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının ən qiymətli futbolçusu "Qarabağ"lı Kadi Borgesdir. Braziliya və Polşa vətəndaşı olan 29 yaşlı Kadinin qiyməti 2.5 milyon avrodur. Kadi Malinovskinin ən bahalı dəyəri "Krasnodar"da olanda 3.5 milyon avro olub. "Qarabağ"lı Leandro Andradenin transfer qiyməti 2 milyon avrodur.

Məlumatı transfermarkt saytı yayıb.

Azərbaycan Premyer Liqasınfakı 10 klubun heyətində ümumilikdə 264 futbolçu yer alıb ki, bunlardan 122-si (46.2 faiz) legionerdir, orta yaş həddi 27-dir. AFFA yeni mövsüm üçün legioner limitini ləğv etdiyindən növbəti sezonda əcnəbi futbolçuların sayı artacaq. 




Digər xəbərlər