Mahir Emreli Almaniya klubundan ayrılacaq

Futbol
403
06 May 2025 - 19:49
Almaniyanın “Nürnberq” klubu bu mövsümün sonunda Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə yollarını ayıracaq.
Supersport.Az xəbər verir ki, bu haqda 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytında məlumat verilib. "Nürnberq" 28 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddətini uzatmayacaq. Tərəflər artıq bununla bağlı razılığa gəliblər.
Mahir Emreliylə Bundesliqa klubları maraqlanır.
Qeyd edək ki, Mahir Emreli ötən ilin avqust ayında “Nürnberq”lə 1 illik müqavilə imzalamışdı.