Mahir Emreli komandasına qələbə qazandırdı - Video

Futbol, Video
416
13 Aprel 2025 - 12:21
Almaniyada futbol üzrə II Bundesliqanın 29-cu turu keçirilir.
Supersport.Az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" səfərdə "Kayzerslautern"i məğlub edib. M.Emreli oyuna start heyətində başlayıb.
Mahir Emreli qarşılaşmanın 68-ci dəqiqəsində komandasının ikinci qolunu vurub, cəmi iki dəqiqə sonra isə sarı vərəqə alan Emreli 86-cı dəqiqədə əvəzlənib.
"Kayzerlautern" - "Nürnberq" matçını (1:2) 49 min 327 tamaşaçı izləyib.
Bu qələbəylə "Nürnberq" xallarını 44-ə çatdırıb və turnir cədvəlində 7-ci pilləyə yüksəlib.