Azərbaycanın iki millisi Avropa çempionu oldu

Olimpiya, Digər, Güləş
333
14 Aprel 2025 - 00:51
Supersport.Az-ın məlumatına görə, Slovakiyada keçirilən qitə çempionatında sərbəst güləş üzrə millimizin Avropa çempionluğundan bir neçə gün sonra yunan-Roma güləşi üzrə yığma da Avropa çempionu olub.
Qitə yarışında 3️⃣ qızıl🥇1️⃣ gümüş🥈və 2️⃣ bürünc🥉medal qazanan yunan-Roma güləşi üzrə millimiz 1️⃣5️⃣1️⃣ xalla komanda hesabında Avropanın ən güclüsü oldu.
Bununla da yunan-Roma güləşi üzrə milli komandamız 2-ci dəfə Avropa çempionu oldu.
Xatırladaq ki, təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl 🥇 Eldəniz Əzizli (55 kq) gümüş🥈 Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc🥉medal qazanıb.