Mahir Emreli 3 oyunda 4-cü qolunu vurdu - Video

Futbol
376
27 Aprel 2025 - 03:18
Supersport.Az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunun heyətində son 3 oyunda 4-cü qolunu vurub.
28 yaşlı hücumçu II Bundesliqada XXXI turun "Fortuna Düsseldorf"la səfər matçında forma geyinib.
Mahir Emreli start heyətdə meydana çıxıb və 45+4-cü dəqiqədə komandasının 2-ci qolunu vurub. O, 87-ci dəqiqədə əvəzlənib.
"Nürnberq" oyun ərzində 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, baş məşqçi Miroslav Klozenin komandası qələbəni əldən verərək, 3:3 hesablı heç-heçə ilə barışıb.
"Nürnberq" 45 xalla 8-ci pillədə yer alıb. "Fortuna" isə 49 xalla 6-cıdır.