"Qarabağ"ın 15 yaşlı futbolçusu Amin Rzayev rekord vurdu

Futbol
439
05 May 2025 - 12:15
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın futbolçusu Amin Rzayev Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün rekorduna imza atıb. XXXIII turun "Sumqayıt"la görüşündə meydana çıxan Ağdam klubunun müdafiəçisi mövsümün ən gənc futbolçusu olub.
Amin Rzayev Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib. 2009-cu il oktyabrın 12-də anadan olan Rzayev, bu göstəricidə mövsümün yeni rekordçusu olub.
Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”la ev oyununda 2:0 hesablı qələbə qazanıb.