Biabırçılıq: AFFA, PFL bostanda çempionat keçirir - Fotolar

Biabırçılıq: AFFA, PFL bostanda çempionat keçirir - Fotolar
Futbol, Foto, Arena
374
06 May 2025 - 19:27

Supersport.Az xəbər verir ki, "Füzuli" Futbol Klubunun meneceri Rəşad Babayev (Mirzə Rəşad Orbey-red.) səfərdə "Şəmkir"lə keçirdikləri oyunun bərbad meydançasıyla bağlı sosial şəbəkədə paylaşım edib.


R.Babayev, ikinci liqa yarışının təşkilatçıları - AFFA və PFL-i tənqid edib: 


"Bura, İkinci Liqada çıxış edən "Şəmkir" FK-nın ev oyunlarını keçirdiyi Şəmkir Olimpiya İdman Kompleksinin meydançasıdır. Şəmkirdəyik. Füzuli FK səfərdə rayonun eyniadlı klubu ilə qarşılaşacaq. 


Siz deyin, əziz adamlar, belə bir meydançada peşəkar futbol oynanarmı? Ümumiyyətlə, belə bir meydançada rəsmi yarış oyunlarının keçirilməsinə icazə verən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA nə düşünüb bunu edib? Azerbaijan Professional Football League - PFL də gərək bu məsələdə prinsipial olsun, belə olmaz axı. 


Ot örtüyü pomidor-xiyar bostanınından seçilmir. Uşaq bilmir futbol oynamaq üçün butsı geyinsin, ya qaloş, ya "sapox"...


Ən minimal şəraiti belə yoxdur bu stadionun, hətta soyunub-geyinmə otaqlarında isti su nədir, heç su yoxdur.  


Ötən il də bu gündə idi, üstündən bir mövsüm keçib, yenə eyni vəziyyətdədir, heç bir iş görülməyib. 


Vallah-billah Horadiz şəhərindəki İdman Olimpiya Kompleksinin meydançasının vəziyyəti bundan yüz dəfə yaxşıdır, amma orada yarış keçirilməyə, Füzuli FK -nın ev oyunlarını keçirməyə icazə verilmir iki mövsümdür. Əgər belə idisə, burda da icazə verilməməli idi. 


Biabırçılıqdır sadəcə".



Digər xəbərlər