Rafael Ağayev dəvət aldı

Rafael Ağayev dəvət aldı
Karate, Digər
330
03 May 2025 - 16:09

Soçidə 22-29 iyul tarixlərində "Russia Open İnternational Camp 2.0" yarışı təşkil olunacaq.


Supersport.Az xəbər verir ki, 5 qat dünya, 11 qat Avropa, Karate Kombat üzrə Dünya çempionu, Olimpiya Oyunlarının gümüş medalçısı, 40 yaşlı Rafael Ağayev Soçidə keçiriləcək turnirə təlimçi qismində dəvət edilib.


R.Ağayev bir müddət əvvəl Azərbaycan Karate Federasiyasıyla Gənclər və İdman Nazirliyinin ədalətsizlik etdiyini bildirərək, hər iki qurumu sərt tənqid edib. Rafael Ağayev fevralda Milli Olimpiya Komitəsinə fərdi üzv qəbul olunub. 

Digər xəbərlər