Futbol millimiz beynəlxalq turnirin qalibi oldu

Futbol millimiz beynəlxalq turnirin qalibi oldu
Futbol
309
27 Aprel 2025 - 14:43

Supersport.Az-ın məlumatına görə, dünya çempionatına hazırlaşan Azərbaycan millisi Monteneqronun Herseq Novi şəhərində təşkil olunan beynəlxalq turnirdə iştirak edib. Bosniya və Herseqovina, Türkiyə, Monteneqro və Qazaxıstan yığmalarının mübarizə apardığı yarışda komandamız bütün rəqiblərinə qalib gələrək baş mükafata sahib çıxıblar. Millimizin üzvü Təmkin Xəlilzadə isə turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.


Xatırladaq ki, millimiz daha bir beynəlxalq turnirdə iştirak etmək üçün Slovakiyanın Koşitse şəhərinə yollanır. Aprelin 30 da başlanacaq yarışda komandamızla yanaşı Slovakiya, Ukrayna, Belçika, Polşa və Macarıstan seçmələri də mübarizə aparacaq. Turnirə mayın 1-də yekun vurulacaq. 


Digər xəbərlər