Azərbaycan yığması ikinci medalı qazandı

Azərbaycan yığması ikinci medalı qazandı
Digər, Sambo
268
24 Aprel 2025 - 23:57

Supersport.Az-ın məlumatına görə, Cənubi Kiprin Limassol şəhərində təşkil olunan sambo üzrə Avropa çempionatının ikinci günü də Azərbaycan uğur qazanıb. 


Milli komandanın məşqçisi Sehriman Ağayevin yetirməsi Adil Adilzadə 88 kq çəki dərəcəsində ikinci yeri tutub.


Yarışın ilk günü Elvin Bağırov 64 kq-da üçüncü pilləni tutub. 


Milli komanda baş məşqçi Bəxtiyar Hacıyevin rəhbərliyilə mübarizəni davam etdirir.


Avropa çempionatında 26 ölkə təmsil olunur.

Digər xəbərlər