Çempionlar Liqası: "Barselona", PSJ yarımfinalda

Çempionlar Liqası: "Barselona", PSJ yarımfinalda
Futbol
309
16 Aprel 2025 - 01:11

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçlarına start verilib.


Supersport.Az verir ki, ilk oyun günündə iki görüş keçirilib. "Borussiya" doğma meydanda "Barselona” ilə qarşılaşıb. Matçda Almaniya təmsilçisi 3:1 hesablı qələbə qazansa da, bu, yarımfinala çıxmaq üçün yetərli olmayıb.


"Aston Villa" isə PSJ ilə yenidən qüvvəsini sınayıb. İngiltərə təmsilçisi gərgin keçən qarşılaşmada 3:2 hesabı ilə qalib gəlməyinə baxmayaraq, ilk matçdakı 1:3 hesablı məğlubiyyət Paris klubunu yarımfinala yüksəldib.


UEFA Çempionlar Liqası


1/4 final, cavab oyunları


23:00 “Borussiya” (Dortmund)- “Barselona” 3:1 (İlk oyun - 0:4)


Qollar: S.Quirassi,11(pen), 49,76, - R.Bensabaini,54(ö.q)


23:00 “Aston Villa” - PSJ 3:2 (İlk oyun - 1:3)


Qollar: Y.Tielemans,35, J.Mcqin,55, E.Konsa,58, - A.Hakimi,11, N.Mendes,28

Digər xəbərlər