Avropa Liqası: "Qarabağ"ın məğlub etdiyi komanda yarımfinalda - Foto

Avropa Liqası: "Qarabağ"ın məğlub etdiyi komanda yarımfinalda - Foto
Futbol, Eksklüziv, Foto
625
18 Aprel 2025 - 01:52

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.


Supersport.Az xəbər verir ki, "Mançester Yunayted" "Olimpik Lion"la qarşılaşıb. İlk görüşdə olduğu kimi 90 dəqiqəsi 2:2 bitən matçda əlavə vaxt oynanılıb. Dramatik keçən əlavə vaxtda "Mançester Yunayted" 5:4 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.


Yarımfinala adını yazdıran daha 3 klub isə "Bodyo-Qlimt", "Atletik" və "Tottenhem" olub.


"Qarabağ" Liqa mərhələsində səfərdə "Bodyo-Qlimt"i 2:1 hesablı məğlub etmişdi.


UEFA Avropa Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.


UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları


17 aprel


23:00 "Atletik" (İspaniya) - "Reyncers" (Şotlandiya) 2:0 (İlk oyun – 0:0)


Qollar: O.Sançet,45+4(pen), N.Uilyams 80


23:00 "Mançester Yunayted" (İngiltərə) - "Lion" (Fransa) 2:2 (Əlavə vaxt-5:4) (İlk oyun – 2:2)


Qollar: M.Uqarte,10, D.Dalot,45+1, B.Fernandes,114(pen), K.Mainoo,120, H.Maquayr,120+1, - C.Tolisso,71, A.Lakazette,78, 109, R.Çerki,105


Qırmızı vərəqə: C.Tolisso,89 ("Lion")


23:00 "Ayntraxt" (Frankfurt, Almaniya) - "Tottenhem" (İngiltərə) 0:1 (İlk oyun – 1:1)


Qollar: D.Solanke,43(pen)


23:00 "Latsio" (İtaliya) - "Bodyo-Qlimt" (Norveç) 2:0 (Əlavə vaxt:3:1) (Penaltilər seriyası: 2:3) (İlk oyun – 0:2) 


Qollar: T.Kastellanos,21, T.Noslin,90+3, B.Dia,100, - A.Helmersen,109


Qırmızı vərəqə: A.Helmersen,120 ("Bodyo-Qlimt")

Digər xəbərlər