Video - "Sabah"ın prezidenti Maqsud Adıgözəlovu "sıxdıq": "Uğurun formulası yoxdur"

Video - "Sabah"ın prezidenti Maqsud Adıgözəlovu "sıxdıq": "Uğurun formulası yoxdur"
Futbol, Eksklüziv, Video
412
14 Aprel 2025 - 15:00

Supersport.Az AFFA-nın hesabat konfransının ardından "Sabah" Futbol Klubunun prezidenti, İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlovu sorğu-sual edib.


"Sabah"ın rəhbərliyi, istər ictimaiyyətdə, istərsə də mediada sərt tənqid olunmasını necə qarşılayır. Klubunuz uğursuzluqlara, zəif idarəçiliyə və baş məşqçi seçimində səhvlərə görə, hədəfə alınıb. Bu haqda nə fikirdəsiniz?" sualına Maqsud Adıgözəlov cavab verməyə çalışıb.


"Bəli, baş məşqçiləri tez-tez dəyişirik. Uğurun formulası yoxdur. Komandamız da inkişaf etmək, uğurlar qazanmaq istəyir. Uğurun yollarını axtarırıq, tapmağa çalışırıq. Bunun üçün nəyisə dəyişmək lazımdırsa, bunu edəcəyik" - deyə, "Sabah"ın prezidenti Maqsud Adıgözəlov Supersport.Az-a bildirib. 


Anar Cəfərsoy

Digər xəbərlər