Dünya reytinqi: "Qarabağ", "Sabah", "Zirə" gerilədi, "Araz-Naxçıvan" irəlilədi

Dünya reytinqi: "Qarabağ", "Sabah", "Zirə" gerilədi, "Araz-Naxçıvan" irəlilədi
Futbol, Eksklüziv
368
15 Aprel 2025 - 21:21
"Qarabağ" dünya reytinqində 21 pillə, "Sabah" 40 geriləyib.

Supersport.Az-ın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytında bu haqda bildirilib.

Aprel ayının reytinqində "Qarabağ" 138,50 xalla 124-cü pillədədir.


"Zirə" (100,75 xal) 1 pillə düşərək 220-cidir. 


"Sabah" (64.75 xal) 40 pillə geriləyərək 393-cüdür.


"Araz-Naxçıvan" 55 xalla 37 pillə irəliləməklə dünya reytinqinə düşüb və hazırda 492-cidir.


Qeyd edək ki, 505 komandanın yer aldığı siyahıda İspaniya təmsilçisi "Real Madrid" (508 xal) birincidir. "Barselona" 379 xalla 5-ci pillədən 2-ci yerə yüksəlib. "Bayer" 374 xalla 3-cü sıraya düşüb.

Digər xəbərlər