AFFA 44 milyon manat aldı, 33 milyon xərclədi - Video

AFFA 44 milyon manat aldı, 33 milyon xərclədi - Video
Futbol, Eksklüziv, Video
274
11 Aprel 2025 - 22:14

2024-cü ildə AFFA-ya daxil olan pul və ümumi xərclər müəyyənləşib.


Supersport.Az xəbər verir ki, bu barədə milli assosiasiyanın hesabatında bildirilib. Quruma gələn 44 milyon manatdan çox  vəsaiti 33 milyon 448 min 355 manatı xərclənib.



Milli komandalar üçün xərclənən vəsait 15 milyon 708 min 658 manat, əməkhaqqı və ezamiyyə xərcləri 6 milyon 100 min manat, qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, Region Liqası və digər turnirlərin keçirilməsi xərcləri 1 milyon 566 min 429 manat, Hakimlər və Hakim-İnspektorlara 4 milyon 139 min 618 manat, təsərrüfat xərcləri 486 min 712 manat, oyunların təşkili 1 milyon 703 min 677 manat, aviabilet və hotel xərcləri 135 min 714 manat, nəqliyyat xərcləri 469 min 785 manat, kommunal və rabitə xərcləri 178 min 961 manat, təhsil üçün 149 min 529 manat, Marketinq və Sponsorluq Departamentinə 246 min 929 manat, “Elit Məşq” Layihəsinə 256 min 93 manat, VAR layihəsinin tətbiq olunması 791 min 515 manat, digər xərclər 256 min 186 manat təşkil edib.


AFFA-nın xərclər bölgüsündə yeni investisiyalar və infrastruktura aid xərclər nəzərdə tutulmayıb. Azərbaycan klublarının Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim-inspektorların qarşılanması xərcləri də həmin məbləğə daxildir.

Digər xəbərlər