8 il sonra yenidən Avropa çempionluğu

8 il sonra yenidən Avropa çempionluğu
Digər, Sambo
177
10 May 2024 - 18:53

Serbiyanın Novi Sad şəhərində keçirilən sambo üzrə Avropa çempionatında böyüklərin yarışını Azərbaycan 3 medalla tamamlayıb.


Supersport.Az-a Azərbaycan Sambo Federasiyasından verilən xəbərə görə, bunlar 1 qızıl və 2 bürünc medaldır.


2022-ci ilin dünya mükafatçısı Elvin Bağırov (64 kq) finalda erməni idmançı Narek Dallakyana 5:0 hesabı ilə qalib gələrək ilk dəfə böyüklərdə Avropa çempionu olub. Sonuncu dəfə böyüklər arasında Avropa çempionu ünvanına 8 il öncə Amil Qasımov çıxmışdı. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.


Həmçinin, Rəsul Aydəmirov (98 kq) və Nicat Məmmədli (58 kq) 3-cülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə edib.


Qeyd edək ki, yarış 11-12 mayda gənclər və yeniyetmələrin Avropa çempionatı ilə davam edəcək.

Digər xəbərlər