"Qarabağ" səfərdə "Linkoln"u sınağa çəkəcək

Futbol
387
23 İyul 2024 - 08:21
Supersport.Az-ın məlumatına görə, bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə start veriləcək.
Azərbaycanın 11 qat çempionu "Qarabağ" Cəbəllütariqdə "Linkoln"un qonağı olacaq.
Oyunun hakimləri macarlardır.
23 iyul
20:00 "Linkoln" – "Qarabağ"
Europa Sports Park.
Baş hakim: İstvan Vad
Baş hakimin köməkçiləri: Vencel Toth, İstvan Albert
Dördüncü hakim: Bence Csonka
Xatırladaq ki, ötən il Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ" "Linkoln"u səfərdə 2:1, evdə 4:0 məğlub edib.

