"Sabah"la "Səbail" qalib gəldi

Futbol
296
21 Aprel 2024 - 20:54
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub.
Supersport.Az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.
"Kəpəz" "Sabah"a məğlub olub.
"Araz Naxçıvan" "Səbail"ə uduzub.
21 aprel (bazar)
16:30 "Kəpəz" – "Sabah" 1:2
Hakim: Rauf Cabarov
19:00 "Araz-Naxçıvan" – "Səbail" 0:2
Hakim: Tural Qurbanov
Cari turdan sonra mövsümün başa çatmasına 5 həftə qalır.
Qeyd edək ki, XXXI turun digər görüşlərində "Sumqayıt" səfərdə "Turan Tovuz"u 4:1, "Zirə" isə doğma meydanda "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib. "Qarabağ" - "Qəbələ" matçı 2:2 hesabı ilə yekunlaşıb.
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 10 qol