Taekvondoçularımızın növbəti zəfəri

Taekvondoçularımızın növbəti zəfəri
Digər, Taekvondo
17 Mart 2019 - 20:06
Supersport.Az-ın məlumatına görə, böyüklərdən ibarət taekvondo millimiz Belçikada da uğurlu nəticə əldə edib.

16 martda Lommel şəhərində keçirilən sayca 40-cı olan G2 kateqoriyalı "Belgium Open" turnirində mübarizəyə qoşulan daha 4 idmançımız fəxri kürsüyə qalxıb.

Belə ki, 58 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Qaşım Maqomedov, Cavab Ağayev (63 kq) və Milad Beigi Həçəqani (80 kq) rəqiblərini yarışdan kənarlaşdıraraq qızıl medala sahib olub. Ayxan Tağızadə (74 kq) isə həlledici görüşdə məğlub olub.

69 ölkədən 1272 taekvondoçunun qatıldığı turnirdə seçmə komandamız aktivinə 3 qızıl və 1 gümüş medal əlavə edib.


Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və baş məşqçilər Reza Mehmandoust, eləcə də Elnur Amanovun rəhbərliyi ilə Niderland açıq birinciliyin(2 qızıl, 2 gümüş, 4 bürünc, ümumilikdə 8 medal) ardından Belçika turnirində də uğurlu çıxış edən millimiz 18 martda vətənə dönəcək.

Digər xəbərlər