Şehiçsiz komandası məğlub oldu
Futbol
13 Avqust 2018 - 01:28
Supersport.Az-ın məlumatına görə, Türkiyə Superliqasının ilk turunda "Atiker Konyaspor" B.B. "Ərzurumspor"u qəbul edib. Meydan sahibləri 3:2 hesablı çətin qələbə qazanıb. Konya klubu əvvəlcə iki qol vursa da, Ərzurum komandası bərabərliyi təmin etsə də, oyunun başa çatmasına 5 dəqiqə qalmış üçüncü qolu buraxıb. Bu oyunda "Ərzurumspor" təcrübəli qolkiper İbrahim Şehiçi ehtiyatda saxlayıb.