Ramil Quliyevin məqsədi: 3 qızıl medal

Ramil Quliyevin məqsədi: 3 qızıl medal
Atletika, Digər
01 Avqust 2018 - 07:26











Supersport.Az-ın məlumatına görə, Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Avropa çempionatında hədəfini açıqlayıb.

Dünya çempionu qitə yarışında 3 qızıl medal qazanmaq istəyini bildirib.

R.Quliyev avqustun 7-12 tarixlərində Almaniya paytaxtı Berlində keçiriləcək Avropa çempionatına hazır olduqlarını, yüksək nəticə qazanmağın vacibliyini qeyd edib:

"Hazırlıq müddəti yaxşı keçdi. Avropa çempionatın çox az vaxt qalıb. Məqsədim hər zaman daha yaxşı nəticə qazanmaqdır. Üç medal qazanmağı düşünürəm. Almaniyada 100, 200 metr və  4x100 metrə bayraq yarışlarında mübarizə aparacağam. Bu il qaydalar dəyişib, seçmə mərhələdə iştirak etməyəcəyik. Artıq siyahıda ilk 12-yə daxil olanda yarımfinaldan başlayırsan. Bu bizim üçün üstünlükdür. Çünki seçmələrdə güc itirmədən yarımfinal və finalda uğur qazanmaq olar. Sprint komandasıyla çalışırıq, bütün diqqət ordadır. Bayraq komandamızda vəziyyət çox yaxşıdır. Burada da böyük uğur gözləyirik.

İnşAllah yüksək nəticələrlə ölkəmizə dönərik. Medalların rəngləri də gözəl, sarı olar. İdmanda əvvəlcədən birinci yeri tutacağını əminliklə demək mümkün deyil".











Digər xəbərlər