Konte: "Uğur "Çelsi"dən üz döndərdi"

Konte: "Uğur "Çelsi"dən üz döndərdi"
Futbol
23 Dekabr 2017 - 21:35
Supersport.Az-ın məlumatına görə, İngiltərə premyer liqasının 19-cu turunda "Çelsi" səfərdə "Everton"un qapısına yola tapa bilməyib. Oyun qolsuz başa çatıb.

"Çelsi"nin baş məşqçisi Antonio Konte təəssüflə xal itkisindən danışıb:

"Biz 26 zərbə vurduq, 8-i qapıya doğru getdi. Ancaq fikrim budur ki, komanda oyuna tam diqqət edirdi və kifayət qədər qol vəziyyətləri yaratdı. Ədalətsiz nəticə oldu, qələbəyə layiq idik. Rəqibin heyətində qolkiper Pikford bu gün ən yaxşı oyunçu idi. Başa düşürəm, komanda zəif oyundan xal itirir. Ancaq bu gün çətin stadionda yaxşı oynasaq da, uğur bizdən üz döndərdi".

 

Digər xəbərlər