Kənan Əliquliyev ağır atletika üzrə Azərbaycan Kubokunda birinci yerə çıxıb

Kənan Əliquliyev ağır atletika üzrə Azərbaycan Kubokunda birinci yerə çıxıb
Digər, Ağır Atletika
03 Dekabr 2017 - 13:42
Bakının Şüvəlan qəsəbəsindəki Ağr Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kubokunun növbəti yarış turniri keçirilib.

Ağır Atletika Federasiyasından "supersport"a verilən məlumata görə, körpücük üzərinə ilk olaraq çəkisi 77 kq olan atletlər çıxıb.

Fəxri kürsünün ən yüksək pilləsinə Lənkəran atleti Kənan Əliquliyev qalxıb. O, toplam 278 kq (123+155) nəticə ilə bütün rəqiblərini üstələyib və qızıl medal qazanıb.

Gümüş medalı 277 kq (126+151) nəticə ilə Sənan Quliyev, bürünc medalı isə 272 kq (177+155) nəticə ilə Elşad Şərifov əldə edib.

Digər xəbərlər