Dünya çempionatında iştirak edəcək bütün iştirakçılar bəlli oldu

Dünya çempionatında iştirak edəcək bütün iştirakçılar bəlli oldu
Digər, Voleybol
16 Oktyabr 2017 - 12:46
Gələn il sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının bütün iştirakçıları müəyyənləşib.

Supersport.Az xəbər verir ki, son vəsiqələrin sahibləri Şimali, Mərkəzi Amerika və Karib Dənizi Hövzəsi və Cənubi Amerika zonası üzrə qrup matçlarının yekununa əsasən bilinib.

Dominikan Respublikası və Meksika qrup qalibləri kimi Yaponiyaya bilet sifariş ediblər. Puerto-Riko ilə Trinidad və Tobaqo qrupda ikinci yeri tutub və çempionatda iştirak hüququ qazanıblar.

Mundiala sonuncu vəsiqə isə Argentinaya qismət olub. Yığma komanda Cənubi Amerikada yer aldığı qrupun ən güclüsü adını qazanmaqla vəsiqəyə yiyələnib.

Beləliklə, dünya çempionatında 24 komanda - ev sahibi Yaponiya, Cənubi Amerikadan - Braziliya, Argentina, Avropadan - Rusiya, Serbiya, Türkiyə, İtaliya, Azərbaycan, Almaniya, Hollandiya, Bolqarıstan, Asiyadan - Çin, Cənubi Koreya, Tailand, Qazaxıstan, Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələrindən - Kuba, Kanada, Dominikan Respublikası, Meksika, Puerto-Riko, Trinidad və Tobaqo, Afrikadan - Keniya və Kamerun milliləri birincilik uğrunda mübarizə aparacaq.

Digər xəbərlər