Bu gün qadın voleybolçular arasında Avropa çempionatında bürünc medal uğrunda görüş keçirilib.
Supersport.Az-ın məlumatına görə, çempionatda bürünc medal uğrunda görüşdə Azərbaycan və Türkiyə yığmaları qarşılaşıb.
Azərbaycan prezidenti İlham Əliyev voleybolçularımızın oyununa baxıb.
Türkiyə yığması görüşdə Azərbaycan millisinə 3:1 hesabı ilə qalib gəlib və bürünc medalın sahibi olub.