Oktyabrın 1-də qadınlar arasında voleybol üzrə Avropa çempionatına yekun vurulacaq.
Supersport.Az xəbər verir ki, çempionatın sonuncu günündə bürünc və qızıl medallar uğrunda görüşlər keçiriləcək. Finalda Serbiya və Niderland milliləri çempion adı uğrunda mübarizə aparacaqlar. Azərbaycan millisi isə Türkiyə yığması ilə üçüncü yer uğrunda yarışacaq. Milli komandamız bu oyunda qalib gəlsə, bu, Azərbaycan voleybolçularının Avropa çempionatları tarixində ən yaxşı nəticəsi olacaq.