Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” qarşılaşmasının biletləri satışa çıxarılacaq.
Azarkeşlərimiz sabah – avqustun 12-si, saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.
Klub bəyan edib ki, biletlərin “qara bazar”a ötürülməsinin qarşısını almaq üçün bir azarkeşə maksimum iki bilet satılacaq.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1-10 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.
1-5 və 24-27 nömrəli sektorlar – 1 AZN
6-8 və 21-23 nömrəli sektorlar – 2 AZN
9, 10 və 19, 20 nömrəli sektorlar – 3 AZN
11, 12 və 17, 18 nömrəli sektorlar – 5AZN
13,16 və 29, 38 nömrəli sektorlar 10 AZN
VİP – 50 AZN
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-i saat 20:00-da start götürəcək.