Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dalğa Arena”da keçiriləcək “İnter” – “Mladost” oyununu ukraynalı hakimlər idarə edəcək.
Qarşılaşma iyulun 6-da saat 21.00-da başlanacaq.
Baş hakim: Mykola Balakin
Baş hakimin köməkçiləri: Volodimir Volodin, Oleksandr Korniyko
Dördüncü hakim: Anatoli Zhabchenko
(Hakimlər briqadası Ukraynadandır)
UEFA nümayəndəsi: Sergiu Lisnic (Moldova)
Hakim-inspektor: Robert Malek (Polşa)
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda “İnter” 3:0 hesabı ilə qələbə qazanıb.