Supersport.Az-ın məlumatına görə, daxili işlər naziri Ramil Usubov ölkəmizdə keçirilən 4-cü İslam Oyunlarında fərqlənən idman adamlarını və olimpiyaçıları mükafatlandırıb.
“Şöhrət” ordenli olimpiya çempionları Namiq Abdullayev və Zemfira Meftəhəddinova, o cümlədən, 3 dəfə olimpiya oyunlarında idarəçilik etmiş İ-S dərəcəli hakim Hicran Şərifov İslamiadada fərqləndiklərinə görə Fəxri fərmanla təltif olunublar.
Bundan başqa, FİFA referisi Fariz Yusifov, taekvondoçu Fəridə Əzizova, zorxanaçı Tural Əliyev və digərləri müxtəlif mükafatlara layiq görülüblər.