Azərbaycan Türkiyəni keçdi - Foto

Azərbaycan Türkiyəni keçdi - Foto
İslamiada-2017
19 May 2017 - 22:22


IV İslam Həmrəyliyi Oyunlarında qazandığı medalların sayına görə, Azərbaycan liderliyi Türkiyədən qoparıb.

Supersport.Az-ın məlumatına görə, bu gün komandalarımız hesablarına 4 qızıl, 2 gümüş və 2 bürünc medal yazdıra biliblər.

Bu nəticələrdən sonra Azərbaycanın aktivindəki medalların sayı 124-ə yüksəlib. Cəmi Azərbaycanın aktivində 63 qızıl, 35 gümüş və 26 bürünc medal var.

Türkiyə 61 qızıl, 56 gümüş və 45 bürünc medalla ikinci pillədə qərarlaşıb. İran isə 20 qızıl, 24 gümüş və 30 bürünc medalla üçüncüdür.

Digər xəbərlər