İslamiada: Türkiyə Azərbaycanla bacarmadı
İslamiada-2017, Voleybol
14 May 2017 - 02:21
Supersport.Az-ın məlumatına görə, İslam Həmrəylik Oyunlarında voleybol üzrə Azərbaycanın kişilərdən ibarət yığması Türkiyəyə qalib gəlib. İlk setdə 28:26 hesablı qələbə qazanan millimiz ikinci hissədə 13:25 məğlub olub. Üçüncü setdə ev sahibi 25:17, dördüncüdə qonaq komanda 25:19 üstün olub. Son setdə Azərbaycan 18:16 hesabıyla qələbə qazanıb.
Qarşılaşmanı canlı izləyən Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç milli komandasına dəstək verib.
Mayın 15-də türklər Pakistanla qarşılaşacaq.