Karateçilərimiz “Bosfor” turnirində iştirak edirlər

Karateçilərimiz “Bosfor” turnirində iştirak edirlər
Karate, Digər
03 Mart 2017 - 08:29
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqları davam etdirən karate üzrə milli komandamız martın 3-də İstanbulda 30-cu beynəlxalq “Bosfor” turnirində mübarizəyə qoşulublar.

Supersport.Az xəbər verir ki, 23 ölkədən 1400-dək idmançının qatıldığı mötəbər yarışda 27 karateçimiz gücünü sınayır.

Müxtəlif yaş qrupları üzrə keçirilən ənənəvi turnir martın 5-də başa çatacaq.

Digər xəbərlər