Karateçilərimiz Avropa çempionatında 4 medal qazandı

Karateçilərimiz Avropa çempionatında 4 medal qazandı
Karate, Digər
20 Fevral 2017 - 20:06
Azərbaycan karateçiləri Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə və gənclərin növbəti Avropa çempionatının sonuncu günündə daha 2 medal qazandılar.

Supersport.Az xəbər verir ki, 21 yaşadək idmançıların yarışında İrina Zaretska Avropa çempionu adına, Asya Məlikova isə gümüş medala sahib olublar.

Murad Hacızadə 16-17 yaşlıların, Ayla Rzazadə isə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində bürünc medal qazanıblar.

Fidan Teymurova, Həsən Əliyev və Elcan Məmmədrzayev bürünc medal uğrunda görüşdə uduzublar. Katada Ceyhun İsmayılov, Tale və Tural Yaqubov qardaşları 7-ci olublar.

Bu nəticə ilə Azərbaycan medal qazanan 34 ölkə arasında 13-cü yeri tutub.

Digər xəbərlər