RİO-2016: 9-CU GÜNÜN İDMANÇILARIMIZIN TƏQVİMİ

RİO-2016: 9-CU GÜNÜN İDMANÇILARIMIZIN TƏQVİMİ
Olimpiya, Rio-2016, Digər
13 Avqust 2016 - 10:24


Braziliyada Yay Olimpiya Oyunları davam edir.

Supersport.Az-ın məlumatına görə, yarışın 9-cu günündə daha 3 Azərbaycan idmançısı çıxış edəcək.

Boks üzrə super ağır çəkidə (+91 kq) mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/8 finalda qazaxıstanlı İvan Diçko ilə mübarizə aparacaq.

Güllə atıcımız Ruslan Lunyov isə 25 m məsafəyə hədəfi dəqiq nişan almaq üçün ikinci təsnifat mərhələsində çıxış edəcək.

Velosipedçimiz Olqa İsmayılova isə keyrində ilk yürüşünə çıxacaq.

Boks

1/8 final

02:45. Məhəmmədrəsul Məcidov (+91 kq) – İvan Diçko (Qazaxıstan)

Güllə atıcılığı


25 m, II təsnifat mərhələsi

16:00. Ruslan Lunyov

Velospied idmanı

Keyrin, I mərhələ


17:00. Olqa İsmayılova

Digər xəbərlər