Supersport.Az-ın məlumatına görə, Olimpiya Oyunları tarixinin ən titullu idmançısı müəyyənləşib.
Söhbət ABŞ-dan olan üzgüçü Maykl Felpsdir. İki yüz metr məsafəni hamıdan tez üzməklə birinci qət edən M.Felps “Rio-2016″da qızıl medal üzrə şəxsi rekordunu ikinci dəfə yeniləyib. O, yarışın ilk günündə sərbəst üsulla 4×100 metr məsafəyə estafet yarışında da birinci yeri tutub. Hazırda Felpsin Olimpiya Oyunları aktivində 21 qızıl medal var.
Titullu atlet karyerası ərzində beş, buna qədər isə dörd – Sidney, Afina, Pekin, London Yay Olimpiya Oyunlarının mükafatçısı olub. Amerikalı idmançı nailiyyətlərinin sayına görə, ən mötəbər idman yarışı tarixində mütləq rekordçudur.
Onun hesabında 25 medal – 21 qızıl, 2 gümüş və 2 bürünc medal var.