TÜRKİYƏ FUTBOL FEDERASİYASINDA KÜTLƏVİ İSTEFA

TÜRKİYƏ FUTBOL FEDERASİYASINDA KÜTLƏVİ İSTEFA
Futbol
01 Avqust 2016 - 10:12
Türkiyə Futbol Federasiyası (TFF) gözlənilməz qərar qəbul edib.

Supersport.Az xəbər verir ki, federasiyanın bütün komissiyaları istefa verib.

TFF-nin açıqlamasında bilidirilir ki, iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra aparılmaqda olan təhlükəsizlik araşdırmasını daha səmərəli etmək üçün federasiya nəzdindəki bütün komissiyaların sədr və üzvləri istefalarını təqdim ediblər.

Digər xəbərlər