"QARABAĞ"IN FUTBOLÇUSU ALMANİYAYA GEDİR

"QARABAĞ"IN FUTBOLÇUSU ALMANİYAYA GEDİR
Futbol, Eksklüziv
28 Aprel 2016 - 22:28
Supersport.Az-a açıqlamasında "Qarabağ"ın futbolçusu özü bu haqda məlumat verib.

Söhbət Rahid Əmirquliyevdən gedir.

Zədəli futbolçu bildirib ki, yenidən Almaniyaya gedəcək. Rahid mayın üç həftəsi bu ölkədə reabilitasiya keçəcək. Artıq təcrübəli futbolçu üçün mövsüm bitib.

Xatırladaq ki, qış transferi zamanı "Xəzər Lənkəran"dan "Qarabağ"a keçən milli futbolçu, klubun Türkiyə təlim-məşq toplanışı zamanı xəsarət alıb, təxminən bir ay yaşıl meydanlardan uzaq qalmışdı. Zədəsini sağaldaraq martın 2-də "Sumqayıt"la keçirilən kubok mücadiləsində ilk dəfə "Qarabağ"da start heyətində meydana çıxsa da, elə ilk hissədə yenidən zədələnmişdi. Buna görəə 27 yaşlı futbolçu Almaniyaya əməliyyata göndərilmişdi. Rahid uğurla əməliyyat olunub reabilitasiya keçmişdi.

Digər xəbərlər