
“XƏZƏR LƏNKƏRAN” “BÖYÜK OYUN”A HAZIRLIĞA BAŞLAYIB
Premyer Liqanın 29-cu turu çərçivəsində futbol ictimaiyyəti cari mövsümün son “Böyuk oyun”una şahidlik edəcək. “Xəzər Lənkəran” iki günlük fasilədən sonra bu gün Lənkərandakı bazasında toplaşaraq məşqlərə start verib. Dünən iki məşqdən biri səhər saatlarında baş tutub və yardımçı meydançada əsasən fiziki təmrinləri yerinə yetirən futbolçular daha sonra qapıya zərbələr üzərində çalışıb. Hazırda “Xəzər Lənkəran”ın heyətində zədəli olduğu üçün son turda meydana çıxmayan Vaquf Güləliyev də sıraya qayıtdığından zədəli futbolçu yoxdur və komanda tam tərkibdə məqşlərini davam etdirir.
Xatırladaq ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu aprel ayının 10-da Lənkəranda baş tutacaq və saat 16.30-da matç start götürəcək.